• $
  • €
  • ₽
  • ₺
  • £

"Pakistan bizim üçün ən yaxın dostlardan biridir" - İlham Əliyev

"Pakistan bizim üçün ən yaxın dostlardan biridir" - İlham Əliyev
14.10.2016 15:00
Oktyabrın 14-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:
 
"Hörmətli Baş nazir. Hörmətli qonaqlar. Sizi Azərbaycanda salamlamaq istərdim. Çox şadıq ki, cənab Baş nazir ölkəmizdə rəsmi səfərdədir. Biz ilin əvvəlində Davosda görüşmüşük. Çox yaxşı görüş keçirdik və söhbət apardıq, əməkdaşlığımızın strateji mahiyyətini bir daha vurğuladıq. Bu gün Pakistanın Baş nazirinin rəsmi səfəri ölkələrimiz arasında çox yaxın əməkdaşlığı davam etdirdiyimizi göstərir”.

Dövlət başçısı qeyd edib ki, Pakistan bizim üçün ən yaxın dostlardan biridir:
 
"Biz müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Bizim çox yaxın siyasi əlaqələrimiz var. Biz Baş nazirlə siyasi əməkdaşlığımızın səviyyəsinin çox yüksək olduğunu müzakirə etdik. Biz iqtisadi əməkdaşlığımızı, investisiya sahəsində əməkdaşlığı genişləndirməli, qarşılıqlı ticarət mübadiləsini inkişaf etdirməli, humanitar məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Biz bütün beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləyirik”.

İlham Əliyev bildirib ki, Azərbaycan Kəşmirlə bağlı məsələlərdə hər zaman Pakistanı dəstəkləyir:
 
"Pakistan da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə hər zaman bizi dəstəkləyir. Biz bütün beynəlxalq təşkilatlarda birlikdəyik. Baş nazirin bugünkü səfəri görülmüş işlərə yenidən nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır.

Cənab Baş nazir, səfərinizin xoş keçməsini arzulayıram. Dəvətimi qəbul edib bu gün Azərbaycana səfər etdiyinizə görə Sizə minnətdaram. Bir daha xoş gəlmisiniz".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol