• $
  • €
  • ₽
  • ₺
  • £

Polkovnik: 15 günə Qarabağı işğaldan azad etmək olar

Polkovnik: 15 günə Qarabağı işğaldan azad etmək olar
16.11.2016 09:59
"İşğal olunmuş əraziləri azad etmək üçün Azərbaycan Ordusuna cəmi bir neçə km-lik əməliyyat keçirmək lazımdır. Onu da qısa zaman ərzində mövcud iradə, silah-sursatla etmək mümkündür”.
 
Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan tanınmış polkovnik Şair Ramaldanov deyib.
 
Ekspert qeyd edib ki, Azərbaycan Ermənistanla dövlət sərhədinə qədər dərinliyi çox da böyük olmayan əməliyyatlar keçirməklə işğal olunmuş əraziləri qısa müddətə tam azad edə bilər: "Azərbaycan Ordusu 1994-cü ilin yanvarında Horadiz əməliyyatı zamanı 2 gün ərzində 25 km irəliləyərək 25 kəndi azad etmişdi. O zaman ermənilər artıq 3 ay idi ki, mövqelərini tutub, müdafiədə oturmuşdular.

Amma Azərbaycan Ordusu hələ o çətin vaxtda Füzuli istiqamətində uğurlu əməliyyat apararaq cəmi 2 günə 25 km-ə qədər irəliləyə bildi. İndi Ermənistan sərhədinədək olan məsafəni həmin 25 km-lərə böləndə görün cəmi neçə günə torpaqları azad etmək olar? Ona görə də deyirəm ki, burada yüzlərlə km-lik əməliyyatlar aparmağa ehtiyac qalmayacaq və genişmiqyaslı döyüşlər başlasa, bu, uzun müddət davam etməyəcək. Mən dəfələlərlə demişəm ki, biz torpaqlarımızı 10-14 günə azad etməli, ərazi bütövlüyümüzü bərpa etməliyik. Mən əminəm ki, Ordumuz buna nail olacaq”.

Onun fikrincə, aprel döyüşləri göstərdi ki, artıq cəmiyyətimiz də buna hazırdır: "Həmin günlərdə iqtidarlı-müxalifətli, uşaqlı-böyüklü hamı "Qarabağ!” uğrunda birləşmişdi. Aprel döyüşlərinin ən böyük əhəmiyyətlərindən biri də məhz bu idi. Artıq həm cəmiyyət, həm də Silahlı Qüvvələr hazır olandan sonra yalnız bir məsələ qalır - Azərbaycan antiterror əməliyyatları keçirərək torpaqlarını azad eləsin və gələcək nəslə artıq tam azad olmuş Azərbaycanı miras qoysun. Bu, hazırda əli silah tutan hər bir azərbaycanlının borcudur”.

Ş.Ramaldanov hesab edir ki, Azərbaycanın bu vaxta kimi belə addımı atmamasının səbəbi yalnız birdir: "Sadəcə, başa düşürük ki, hər bir savaş, döyüş, müharibə çoxsaylı insan itkisi ilə nəticələnir. Elə indiyədək 20 ildən çox müddətdə dözməyimizin də səbəbi odur ki, Azərbaycan övladları həlak olmasın, qorunsun və məsələ öz həllini sülh yolu ilə tapsın. Lakin biz görürük ki, artıq başqa çıxış yolu yoxdur.

Ali Baş Komandan da dəfələrlə deyib ki, əgər səbrimiz tükənsə və başqa çıxış yolu olmasa, biz torpaqlarımızı hərbi yolla azad edəcəyik. Bu, təkcə cənab İlham Əliyevin yox, bütün cəmiyyətin fikridir. Ona görə də erməni cəmiyyəti prezident İlham Əliyevin Lələtəpədə səsləndirdiyi son ismarıcı ciddi qəbul etməli və bundan tezliklə düzgün nəticə çıxarmalıdır”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol