• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Kirillə təbrik məktubu göndərdi

İlham Əliyev Kirillə təbrik məktubu göndərdi
22.11.2016 17:37
Azərbaycan prezidenti İlham Əliyev Moskva və bütün Rusiyanın patriarxı Kirillə 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

AzVision.az "Vestnik kafkaza”-ya istinadən xəbər verir ki, təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə Patriarx Kirill arasında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub. 

Təbrik məktubunda deyilir: 

 
 
"70 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin ümumbəşəri dəyərlərin təsdiqinə, sülh və anlaşmaya, sivilizasiyalararası dialoqun dərinləşməsinə, mədəniyyətlərarası və millətlərarası münasibətlərin möhkəmlənməsinə yönələn ali missiyanız Sizə böyük ehtiram və hörmət qazandırıb. 

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dost və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də xalqlarımız arasında dinlərarası və konfessiyalararası dialoqun inkişafına dair planınız Azərbaycanda yüksək qiymətləndirilir. Bu əlamətdar gündə sizə səmimi qəlbdən bütün işlərinizdə uğurlar, uzun ömür və can sağlığı arzulayıram”. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol