• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyanın Azərbaycan torpaqlarında - "Konstitusiya oyunu"

Sarkisyanın Azərbaycan torpaqlarında - "Konstitusiya oyunu"
25.11.2016 16:58
Azərbaycanın işğal altında olan torpaqlarında yaradılan "Dağlıq Qarabağ Respublikası”nın yeni "Konstitusiyası” üzrə dinləmələri görünüş xatirinə keçirilib.

ANN.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Vestnik Kafkaza” məlumat yayıb. 

Xəbərdə bildirilir ki, qondarma respublikanın yeni "Konstitusiyası” üzrə ictimai dinləmələr sürətli şəkildə aparılıb.

Müzakirə iştirakçıları "hakimiyyətin” hansı islahatları keçirmək niyyətində olduğunu anlamır. Onların əksəriyyəti bəyan edib ki, dinləmələr formal olaraq "demokratik” keçirilib. Faktiki olaraq "Konstitusiya” üzrə əsas dəyişikliklər sakinlərdən gizli saxlanılır. Yeni "Konstitusiya” layihəsi qondarma "prezidentə” vaxtından əvvəl göndərilib. 

Oktyabrın 8-də "DQR-nın parlamenti”nin saytında "konstitusiya” layihəsi dərc olunan vaxt bəyan edilmişdi ki, ictimai dinləmələr10 gün çəkəcək. Lakin bu prosses vaxtından əvvəl başa çatdırılıb. 

Müzakirələrdən sonra hansı dəyişikliklərin olması barədə "parlament”in mətbuat xidməti açıqlama verməkdən boyun qaçırır. 

Layihənin müzakirəsinin nə qədər davam edəcəyi barədə konkret müddət yoxdur. "DQR rəhbəri” Bako Saakyan təsdiqləyəndən sonra layihə "parlament”ə göndəriləcək. Bundan sonra müzakirələrin daha bir mərhələsi keçiriləcək. 

""Yeni "Konstitusiya” üzrə dinləmələrin iştirakçıları bəyan ediblər ki, əslində dəyişikliklər Bako Saakyan hakimiyyətinin gücləndirilməsinə yönəlib”, - deyə "Şərəf və ləyaqət” hərəkatının sədri, jurnalist və bloqer Ayk Qazaryan söyləyib.

Onun sözlərinə görə, "konstitusiya” dəyişikliyi təşəbbüsünün məhz hakimiyyət tərəfindən gəlməsi onların qeyri-demokratik xarakterdə olmasını göstərir.

"Məsələn, layihəyə hazırkı "DQR rəhbərliyinin” yenidən hakimiyyətə namizədliyinin irəli sürməsinin qarşısını alan maddə salına bilərdi. Lakin biz bunu görmürük. 

"Yeni Konstitusiya”ya əsasən Bako Saakyan 2017-2020-ci illərdə, keçid dövründə yenidən "prezident” seçilə bilər. 

Bununla da o, 2030-cu ilə qədər "prezident” vəzifəsində qala bilər. Çoxları bu dəyişiklikləri Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların bərpası zamanı xalqın təhlükəsizliyi ilə əlaqələndirir. Məgər indiyə qədər bizdə "mərkəzləşdirilmiş hakimiyyət yox idi?”, - deyə Qazaryan vurğulayıb. 

"Şərəf və ləyaqət” hərəkatı Dağlıq Qarabağda "hakimiyyət” tərəfindən təklif olunan "Konstitusiya islahatları”na qarşı olan şəxsləri birləşdirir. Onların fikrincə, Dağlıq Qarabağ zonasında gərginlik qaldığı üçün hazırda "Konstitusiya”ya dəyişikliklərin vaxtı deyil. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol