Latviya prezidenti Azərbaycana gələcək

Latviya prezidenti Raymonds Veyonisin bu il Azərbaycana səfəri planlaşdırılır.
APA-nın Latviya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumatına görə, səfər bu ilin ilk yarısında gerçəkləşəcək.
Latviyanın xarici işlər naziri Edqards Rinkevişsin də bu ilin ilk yarısında Azərbaycana səfəri gözlənilir.
Qeyd edək ki, R. Veyonis keçən il martda 4-cü Bakı Qlobal Forum çərçivəsində Azərbaycana gəlməli idi. Lakin səhhətindəki problemlər səbəbindən səfər təxirə salınmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















