• $
  • €
  • ₽
  • ₺
  • £

Komandan: Daxili Qoşunlarda cinayətlərin sayı azalıb

Komandan: Daxili Qoşunlarda cinayətlərin sayı azalıb
18.01.2017 21:19
Bu gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların maddi-texniki bazasının daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Nazir bildirib ki, hesabat dövründə Daxili Qoşunlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb, şəxsi heyət ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib, yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlıq nümayiş etdirib.

Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. O deyib ki, hesabat dövründə Daxili Qoşunlarda döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin praktiki bacarığının artırılması, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim-tədris bazasının inkişaf etdirilməsi döyüş təliminin başlıca vəzifələrini təşkil edib. Bununla yanaşı, polis orqanları ilə birgə qarşılıqlı əlaqənin və fəaliyyətlərin təkmilləşdirilməsi də təlim prosesində prioritet məsələlərdən olub.

Qeyd olunub ki, 2015-ci illə müqayisədə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb, hadisələrin sayı 22 faiz, xəsarətlərin sayı isə 30,4 faiz azalıb. Bildirilib ki, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində işlər uğurla davam etdirilib. Hesabat dövründə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Şirvan şəhərində yerləşən hərbi hissənin xidməti fəaliyyəti üçün bütün infrastruktur yaradılmaqla yeni hərbi şəhərcik salınıb ki, onun da yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, bir çox hərbi hissələrdə hərbi və məişət obyektlərinin təmiri aparılıb, lazımi avadanlıqlarla təmin edilərək yenidən istifadəyə verilib.

Müşavirəyə yekun vuran daxili işlər naziri ötən hesabat ilində Daxili Qoşunların  fəaliyyətini, ümumən, yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.

Bu il Bakı şəhərində "IV İslam Həmrəyliyi Oyunları” və "2017 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçiriləciyini xatırladan nazir bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda icrasını, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol