• $
  • €
  • ₽
  • ₺
  • £

İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı

İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı
02.02.2017 17:14
"Bəzi media qurumlarında İranla Azərbaycan arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq”.
 
Bu barədə İranın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.
 
Bəyanatda bildirilir ki, bu cür xəbərlər yayanlar iki ölkə arasında dostluq münasibətlərini korlamağa çalışırlar:
 
"Bu dəfə İranın Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib. Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyib.
 
İran səfirliyi həyata keçmiş görüşün İran və Azərbaycan arasında dostluq münasibətlərinə zidd olmadığını, səfirliyə qarşı yazılmış ittiham və aldadıcı yalanların hüquqi araşdırılması üçün qanuni haqqa malik olduğunu bildirir.
 
Sonda bir daha qeyd edirik ki, İran və Azərbaycan arasında münasibət və əməkdaşlıq iki dost və qardaş ölkə olaraq hər iki ölkənin rəhbərlərinin iradəsi ilə daha da möhkəmlənir və bütün sahələrdə uğurla davam edir. Bu baxımdan, üçüncü qüvvələr bu sahədə heç bir əngəl yarada bilməzlər”.  //APA

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol