Dövlət Komissiyası: Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirlər görülür

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.
Komissiyadan məlumata görə, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















