• $
  • €
  • ₽
  • ₺
  • £

Bosniya və Hersoqovinanın dövlət başçısı da Bakıya gəlir

Bosniya və Hersoqovinanın dövlət başçısı da Bakıya gəlir
24.02.2017 12:20
Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç V Qlobal Bakı Forumda iştirak etmək məqsədilə Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Mladen İvaniçin forum  çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda keçiriləcək müzakirələrdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub. İclasda Bosniya və Hersoqovinadan başqa, 6 ölkənin - Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edəcəklər.

Qeyd edək ki, V Qlobal Bakı Forumunda bir sıra ölkələr baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunacaq. Ümumulikdə isə forumun işində 50 ölkədən 200-dən çox qonağın - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir.  "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələr təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması  ilə bağlı geniş müzakirələr aparılacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol