• $
  • €
  • ₽
  • ₺
  • £

Mirzoyan və ABŞ Dövlət Departamentinin nümayəndəsi regiondakı vəziyyəti müzakirə ediblər

Mirzoyan və ABŞ Dövlət Departamentinin nümayəndəsi regiondakı vəziyyəti müzakirə ediblər
10.02.2023 21:07
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid cümə günü telefonla regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Həmsöhbətçilər regional təhlükəsizlik məsələlərinə toxunublar. Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair fikir mübadiləsi aparılıb", - Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Açıqlamada qeyd olunur ki, həmsöhbətlər Dağlıq Qarabağdakı humanitar böhranı da müzakirə ediblər. Mirzoyan Azərbaycanın 9 noyabr 2020-ci il tarixli bəyanatının bəndinə uyğun olaraq Laçın dəhlizinin blokunun ilkin şərt olmadan açılması və nəqliyyat arteriyasının fəaliyyətinin bərpası tələbini təsdiqləyib.

2022-ci il dekabrın 12-də  bir qrup azərbaycanlı ekoloq Ermənistandan Dağlıq Qarabağa gedən yeganə yolun keçdiyi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizinin qarşısında aksiya keçirir. Bakı bəyan edib ki, etiraz aksiyasının məqsədi heç bir yolu bağlamaq deyil və mülki nəqliyyat vasitələri hər iki istiqamətdə sərbəst hərəkət edə bilər. İrəvan bunu tanınmamış respublikada humanitar fəlakət yaratmağa yönəlmiş təxribat kimi qiymətləndirib.

2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ ətrafındakı münaqişə zonasında hərbi əməliyyatların tam dayandırılması haqqında birgə bəyanat imzalayıblar.
 
Gülnar

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Siyasət 17:13
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
İlham Əliyev Vyetnama səfər edəcək
Siyasət 14:19
İlham Əliyev Vyetnama səfər edəcək
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
Siyasət 13:59
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Siyasət 13:47
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Siyasət 13:36
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamağı gözləyir
Siyasət 11:57
Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamağı gözləyir
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib
Siyasət 10:27
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol