• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Aİ-nin missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirib

Rusiya Aİ-nin missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirib
20.02.2023 21:10
Rusiya  Avropa İttifaqının Ermənistandakı sivil missiyasında Qafqazda normallaşma maraqlarından uzaq, müstəsna geosiyasi fon və Rusiyanı regiondan sıxışdırmaq cəhdi görür. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın müvafiq missiyanın işə başlaması ilə bağlı bazar ertəsi yayılan şərhində deyilir.

"Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiqimiz Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək istəyi ilk dəfə deyil. Biz bu cəhdlərdə maraqlardan uzaq, müstəsna geosiyasi fon görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüsü ilə bağlı açıqlanan neqativ qiymətləndirmələrə məhəl qoyulmur”, - diplomat bildirib. .



Diplomat vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər kompleksi yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır.

"Bunların hərtərəfli həyata keçirilməsi yolu ilə, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən ikitərəfli münasibətlərin inkişafı üzrə danışıqlar Sülh müqaviləsi, regionda vəziyyəti yaxşılaşdırmağın ən birbaşa yoludur.

Avropa İttifaqı bazar ertəsi Ermənistanda Azərbaycanla vəziyyətin nizamlanmasına töhfə verməli olan vətəndaş missiyasının işinə başlayıb. 
 
Gülnar

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Siyasət 17:13
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
İlham Əliyev Vyetnama səfər edəcək
Siyasət 14:19
İlham Əliyev Vyetnama səfər edəcək
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
Siyasət 13:59
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Siyasət 13:47
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Siyasət 13:36
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamağı gözləyir
Siyasət 11:57
Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamağı gözləyir
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib
Siyasət 10:27
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol