• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakıdan Ədalət Məhkəməsinin qərarına reaksiya

Rəsmi Bakıdan Ədalət Məhkəməsinin qərarına reaksiya
22.02.2023 21:30
Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə 22 fevral 2023-cü il tarixli qərarlarına münasibət bildirib.

 XİN-in açıqlamasında deyilir:

"Biz Məhkəmənin 7 dekabr 2021-ci il tarixli əvvəlcədən verdiyi qərara əsasən, Ermənistanın hələ də tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək öhdəliyi altında olduğunu etiraf etməsini alqışlayırıq.

Məhkəmənin Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərə uyğun olmadığı barədə əvvəlki qənaətinə yenidən baxmamaq qərarı mahiyyəti üzrə qərar deyil və Azərbaycan bu məsələdə Ermənistanın cavabdehliyini davam etdirəcək.
Azərbaycan, həmçinin Ermənistanın Azərbaycandan etirazların "təşkil edilməsini və dəstəklənməsini” dayandırmasını və Qarabağa "təbii qazın və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməyi” tələb edən Ermənistanın tələb etdiyi tədbirləri Məhkəmənin rədd etməsini alqışlayır.

Məhkəmə qərarında Azərbaycanın Laçın yolunda təhlükəsiz hərəkəti təmin etmək üçün öz səlahiyyətləri və əmrləri ilə bütün tədbirləri gördüyü və bundan sonra da görməyi öhdəsinə götürdüyü barədə Azərbaycanın bəyanatını və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin şərtlərini nəzərə alıb.

Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün insanların hüquqlarını qorumağa davam edəcək və Ermənistanı davam edən insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb edəcək


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Siyasət 17:13
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
İlham Əliyev Vyetnama səfər edəcək
Siyasət 14:19
İlham Əliyev Vyetnama səfər edəcək
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
Siyasət 13:59
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Siyasət 13:47
İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Siyasət 13:36
Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamağı gözləyir
Siyasət 11:57
Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamağı gözləyir
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib
Siyasət 10:27
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol