“Hətta üç qapıçı belə Payenin zərbəsini qaytara bilməzdi”

Fransa millisinin əfsanəvi hücumçusu olmuş Tyerri Anri Dimitri Payenin dünən "Avro-2016”da Rumıniyanın qapısına vurduğu fantastik qolu şərh edib.
Qol.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, o bildirib ki, Paye hər top uğrunda sona qədər mübarizə aparıb:
"Onun vurduğu qol məni düşündürdü. Məncə, hətta Rumıniyada meydanda üç qapıçı olsaydı belə, Payenin zərbəsini qaytara bilməzdi. Onlar yaxşı oynadılar. Amma məhz bir çox epizodda Payeyə görə uduzurdular”
www.ann.az
























