• $
  • €
  • ₽
  • ₺
  • £

Reynaldo “Qarabağ”da tarix yazdi

Reynaldo “Qarabağ”da tarix yazdi
22.02.2015 10:59
Son 3 turda meydanı qolsuz tərk etməyən cənubi amerikalı ardıcıl 3-cü dəfə komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub. 


AZAL və "Simurq”un ardından "Neftçi” ilə görüşün də taleyini həll edən 26 yaşlı hücumçu mövsümdə 6-cı qolunu vurub.


Azərbaycan çempionatında debüt etdiyi 2012/13 mövsümündə 9 oyunda 2, ötən çempionatda 31 matçda 22 dəfə rəqib qapılarına yol tapan Reynaldo 30-cu qoluna 53-cü matçında imza atıb.


Premyer Liqadakı bütün qollarını eyni klubun – "Qarabağ”ın heyətində vuran braziliyalı Ağdam təmsilçisinin tarixinə düşüb. O, bu klubun heyətində Azərbaycan çempionatlarında ən çox qol vuran legioner adına yiyələnib. 


Reynaldo Ağdam klubunda 29 çempionat qolu vuran Georgi Adamiyanı arxada qoyub. 2009/10 mövsümünün gedişində "Qarabağ”a gələn 2010/11 və 2011/12 mövsümlərində də klubun formasını geyən gürcüstanlı 71 oyunda 29 dəfə fərqlənmişdi. Reynaldo Adamiyanı "Qarabağ”ın Azərbaycan çempionatlarındakı 5 ən yaxşı bombardiri siyahısından da çıxarıb.


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol