• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı
27.02.2015 17:13
Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 16 komanda 8 cütlük təşkil edib.

Ukrayna və Rusiya arasında vəziyyət nəzərə alındığından, bu ölkələrin klublarının qarşılaşması mümkün olmayıb. Bu mərhələdə qonşu Türkiyənin yeganə təmsilçisi "Beşiktaş” da mübarizə aparacaq. Adlı-sanlı "Liverpul”u mübarizədən kənarlaşdıran "ağ-qaralar”ın növbəti rəqibi Belçika təmsilçisi "Brügge”di. İstanbullular ilk oyunu səfərdə keçirəcək.

Püşk 1/8 finalda iki İspaniya klubu – "Vilyarreal” və "Sevilya”nı üz-üzə qoyub. Bundan başqa, İtaliya dueli də yaşanacaq: "Fiorentina” "Roma” ilə qarşılaşacaq.

Ümumiyyətlə, bu mərhələdə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunub.

1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.

"Everton” (İngiltərə) - "Dinamo” (K, Ukrayna)
"Dnepr” (Ukrayna) - "Ayaks” (Hollandiya)
"Zenit” (Rusiya) - "Torino” (İtaliya)
"Volfsburq" (Almaniya) - "İnter” (İtaliya)
"Vilyarreal” (İspaniya) - "Sevilya” (İspaniya)
"Napoli” (İtaliya) - "Dinamo” (M, Rusiya)
"Brügge” (Belçika) - "Beşiktaş” (Türkiyə)

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol