• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA FİFA-ya müraciət edəcək

AFFA FİFA-ya müraciət edəcək
05.03.2015 13:47
AFFA rəhbərliyi hazırda Ukraynanın "Metallurq" (Donetsk) klubunda çıxış edən Pavel Paşayevin Azərbaycan milli komandasına cəlb olunması məqsədilə danışıqlara başlayıb.

 Bu barədə "Report"a federasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.

E.Məmmədovun  sözlərinə görə, bu məqsədlə Ukrayna Futbol Federasiyasına müraciət edilib. Baş katib sabah FİFA-ya da baş vuracaqlarını açıqlayıb: "Pavel Paşayevin atası azərbaycanlıdır, Bakıda doğulub. Bunu təsdiqləyən pasport əlimizdədir. Biz bütün sənədləri yığaraq, FİFA-ya müraciət edəcəyik ki, onun Azərbaycan yığmasına keçidinə baxılsın. FİFA-nın futbolçuların statusu ilə bağlı Əsasnaməsinin 8-ci bəndinə görə, futbolçu aşağı yaş qrupları üzrə yığmaların heyətində rəsmi matçlarda çıxış edibsə, onun başqa ölkənin əsas millisində oynayıb-oynamamasına FİFA qərar verir. Ona görə də çox güman ki, sabah ali futbol qurumuna da müraciət edəcəyik. FİFA da növbəti 2 həftə ərzində qərar qəbul edəcək".     

Qeyd edək ki, Pavel Paşayev Ukraynanın 17, 19 və 21 yaşadək yığmalarından əlavə, əsas millisində də forma geyinib. Lakin həmin matçlar yoldaşlıq görüşlərinə təsadüf edib. 

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol