• $
  • €
  • ₽
  • ₺
  • £

"Bavariya" "Şaxtyor"a, "Çelsi" PSJ-yə qarşı

"Bavariya" "Şaxtyor"a, "Çelsi" PSJ-yə qarşı
11.03.2015 09:32
Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.  

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. 
Portuqaliyada "Portu" "Bazel"i sınağa çəkib. İsveçrədə keçirilən görüşdə  1:1 hesablı heç-heçə edən meydan "Portu” bu dəfə rəqibini darmadağın edib – 4:0. Bununla da portuqaliyalılar 1/4 finala yüksəlib. 

Madriddə isə "Real" "Şalke"ni qəbul edib. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "kral klubu" bu matça bir qədər rahat çıxıb. Dramatik  oyunda qapılara yeddi qol vurulub – 3:4.  Qazanılan qələbəyə baxmayaraq iki oyunun nəticəsinə görə "Şalke" turnirlə vidalaşıb, "Real” növbəti mərhələyə adlayıb.  

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gecə keçiriləcək iki matçla daha iki 1/4 finalçının adı bəlli olacaq.

"Çesli” Londonda PSJ-ni qəbul edəcək. Fransada baş tutan ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından bügünkü oyun maraq böyükdür.

Digər görüşdə "Şaxtyor” (Donetsk) "Bavariya”nın qonağı olacaq. "Alyans Arena”da keçiriləcək oyuna da maraq az deyil. Ukraynada oynanılan ilk qarşılaşmada  qolsuz heç-heçə qeydə alınsa da, Münhen klubu cütün favoriti hesab olunur.



11 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları 

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)
(İlk oyun - 1:1)

23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
(İlk oyun - 0:0) 



10 mart



"Portu" (Portuqaliya) - "Bazel" (İsveçrə) - 4:0 
Qol: Brahimi, 14, Herrera, 47, Kasemiro, 56, Abubakar, 76
(İlk oyun - 1:1)

 "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) - 3:4 
Qol: Fuks, 20 (0:1), Ronaldo, 25 (1:1), Huntelar, 40 (1:2), Ronaldo, 45+1 (2:2), Benzema, 53 (3:2), Sane, 57 (3:3), Huntelar, 89 (3:4)
(İlk oyun - 2:0)


ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol