• $
  • €
  • ₽
  • ₺
  • £

“Monako” və “Atletiko” Çempionlar Liqasının 1/4 finalında

“Monako” və “Atletiko” Çempionlar Liqasının 1/4 finalında
18.03.2015 09:47
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti iki oyunu keçirilib. 

Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmalar 1/4 finalın daha iki iştirakçısının adına aydınlıq gətirib
 
İngiltərədə "Arsenal”ı məğlub edən "Monako” növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll edib. Fransa təmsilçisi iki top üstünlüyünü qorumağa çalışıb.
 
Düzdü, londonlular 0:2 hesabı ilə qalib gəlsələr də, turnirlə vidalaşıb. 36-cı dəqiqədə Olivye Jiru və 79-cu dəqiqədə Aaron Remsinin qolları "topçular”a yetərli olmayıb.
 
Madriddə keçirilən oyunda isə qonaqlar üstünlüyünü qorumağa çalışıb. Almaniya "Bayre”i evdə minimal hesabla məğlub etdiyi "Atletiko”nu mübarizədən kənarlaşdırmağa çalışıb. Son vaxtlar o qədər də uğurlu çıxış etməyən madridlilər isə doğma meydanda qalib gəlmək niyyətində idi. Azarkeşlər 90 dəqiqə ərzində yalnız Mario Suaresin tək qoluna şahidlik ediblər. Ümumi hesabda bərabərlik yarandığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə ispanlar daha dəqiq oynayıb və 1/4 finala yüksəlib – 3:2.
 
Qeyd edək ki, ötən həftə "Real” (İspaniya), "Bavariya” (Almaniya), PSJ (Fransa) və "Porto” (Portuqaliya) 1/4 finala yüksəlmişdi.
 
 
Çempionlar Liqası
1/8 final, cavab oyunları
17 mart
 
"Monako” (Fransa) – "Arsenal” (İngiltərə) - 0:2
 
Qollar: Jiru, 36, Remsi, 79
 
İlk oyun – 3:1
 
 
"Atletiko” (İspaniya) – "Bayer” (Almaniya) - 1:0 (penaltilər seriyası - 3:2)
 
Qol: Suares, 27
 
İlk oyun – 0:1

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol