• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR "Neftçi" klubunun prezidentinin istefasına dair xəbərlərə aydınlıq gətirdi

SOCAR "Neftçi" klubunun prezidentinin istefasına dair xəbərlərə aydınlıq gətirdi
30.03.2015 17:48
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) baş sponsoru olduğu "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun vəzifəsindən istefa verdiyinə dair xəbərlərə münasibət bildirib.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev "Report"a açıqlamasında məlumatı təkzib edib.

Onun sözlərinə görə, heç bir istefadan söhbət getmir: "Sadıq Sadıqov hazırda "Neftçi" İdman Klubunun rəhbəridir, eyni zamanda, "Neftçi" Peşəkar Futbol Klubunun prezidentidir. "Neftçi" PFK "Neftçi" İdman Klubunun tərkibinə verilib. Bununla əlaqədar bəzi nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, bu gün bəzi mətbu orqanlarda Sadıq Sadıqovu Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin əvəzlədiyinə dair xəbərlər yayılıb.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol