• $
  • €
  • ₽
  • ₺
  • £

​AFFA "Neftçi"nin futbolçusunu 3 oyunluq cəzalandırdı

​AFFA "Neftçi"nin futbolçusunu 3 oyunluq cəzalandırdı
07.04.2015 17:48
AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının XXVIII turunda yaşıl meydanlarda baş verənlərə hüquqi qiymət verib. 

ANN.Az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komitə "Neftçi" klubunun futbolçusu Karlos Kardosonu 3 oyunluq cəzalandırıb.

Buna səbəb Zaqatalada "Simurq"la keçirilən qarşılaşma zamanı müdafiəçinin aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasıdır. Klub isə müdafiəçinin hərəkətinə görə 2000 manat cərimə ödəməli olacaq.

Qərara əsasən, futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunacaq və ona 6 aylıq sınaq müddəti veriləcək. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Bundan başqa, həmin oyunda "Neftçi"nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub daha 1000 manat cərimələnib.

Qeyd edək ki, "Simurq" - "Neftçi" oyunu 0:1 hesabı ilə başa çatıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol