Yığmamızın keçmiş voleybolçusu karyerasını bitirdi

Azərbaycan voleybol sevərlərinə yaxşı tanış olan, ölkəmizin yığmasında oynayan Viktoriya Ravva karyerasına son qoyub.
Oxu.Az xəbər verir ki, Viktoriya böyük voleyboldan öz komandasını – fransız "Kann”ını – ölkənin ən güclü klub tituluna çatdırdıqdan sonra gedir.
Ravva 1975-ci ildə oktyabrın 31-də Tbilisidə dünyaya gəlib. 90-cı illərin əvvəllərində o, Bakının BMKZ (Bakı Məişət Kondisionerləri Zavodu) klubunda və Azərbaycan yığmasında oynayıb. Milli komandamız üçün 1994-cü ildə Braziliyada oynayıb.
1993-cü ildə Viktoriya Türkiyənin "Vakıfbankı”da, 1995-ci ildə isə fransız "Kann” klubunda oynayıb, və karyerasının sonuna qədər bu kluba sadiq qalıb. Daha sonra Ravva Fransa vətəndaşlığı alıb və bu ölkənin yığmasında oynayıb.
www.ann.az
























