• $
  • €
  • ₽
  • ₺
  • £

Zaxarova Lavrovun Məmmədyarov və Nalbandyanla görüşünü şərh edib

Zaxarova Lavrovun Məmmədyarov və Nalbandyanla görüşünü şərh edib
29.05.2020 04:56
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Sergey Lavrovun bu ay azərbaycanlı və erməni həmkarları ilə apardığı danışıqları şərh edib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Sergey Lavrovun Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşlərində müzakirə olunan məsələlərin ictimaiyyətə açıq olan hissəsinin mətbuat xidməti tərəfindən yayıldığını söyləyib:
 
"Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr haqqında məndə əlavə məlumat yoxdur. Bildiyiniz kimi, bu, çox həssas mövzudur. Sözsüz ki, danışıqlar çox konstruktiv keçib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hərəkətə gətirilməsinə istiqamətlənən konkret və fərqli ideyalar ətrafında müzakirələr aparılıb. Bu görüşlərin yekunlarına dair nə deyilməliydisə, deyilib".
 
Rusiya XİN sözçüsü Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni görüşlərinin planlaşdırılıb-planlaşdırılmamasına da aydınlıq gətirib:
 
"Yeni görüşlər əlbəttə ki, olacaq. Hələlik qrafik formalaşmayıb. Sözsüz ki, bu mövzu Rusiya xarici siyasəti üçün prioritet olaraq qalır. Ona görə də, müxtəlif formalarda təmaslar davam edəcək". 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol