• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya dolları süni şəkildə bahalaşdırmağa hazırlaşır

Rusiya dolları süni şəkildə bahalaşdırmağa hazırlaşır
08.06.2017 19:20
Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, ölkəyə kapital axınının zəiflədiyi yay aylarında valyuta bazarından dollar alışının həcmi artırılacaq və bununla da, ölkənin valyuta ehtiyatları qorunacaq. 

Anews.az Gazeta.ru-ya istinadən xəbər verir ki, qurum iyulun 6-na qədər bazardan 45,1 mlrd. rubl (790 mln. ABŞ dolları) və yaxud gündəlik 2,1 mlrd. rubl (37 mln. dollar) ekvivalentində valyutanı çıxarmağı planlaşdırır. Bu isə may ayı üzrə dollar alışından 5,3 dəfə çoxdur.

Bəzi analitiklərin proqnozlarına görə, belə bir addım Rusiyada dolların məzənnəsini sentyabr ayının əvvəlinə 60 rubla çatdıra bilər. Əgər neft qiymətləri 40 dollar/barelə enərsə, o zaman dolların məzənnəsinin 70 rubla qədər yüksəlməsi də mümkündür. 

Ənənəvi olaraq ilk rübdə profisitlə üzləşən Rusiyanın tədiyyə balansı yay aylarında, demək olar ki, 0-a düşür. Bu səbəbdən yaxın aylarda Maliyyə Nazirliyinin əməliyyatlarının dolların məzənnəsinə təsirinin yüksək olacağı gözlənilir. 

Dolların bahalaşmasına bir başqa səbəb də Rusiya Bankının (Mərkəzi Bank) iyunun 16-da uçot dərəcəsini artırmaq barədə qərarı ola bilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol