Güclü yağışlar İstanbulu iflic etdi – VİDEO

Türkiyənin İstanbul şəhərində ötən gecədən başlayan və səhər saatlarında daha da güclənən yağışlar həyatı iflic edib.
anews.az-ın Trend-ə istinadən məlumatına görə, şəhərdə bir çox yerləri, o cümlədən avtomobil və metrobus yollarını, həmçinin bəzi metro stansiyalarını su basıb.
İstanbul valiliyi ehtiyac olmadığı təqdirdə avtomobillərdən istifadə etməməyi tövsiyə edir.
Yağıntıların axşam saatlarına qədər davam edəcəyi gözlənilir.


www.anews.az
Son xəbərlər 
Daha çox 























