• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı və erməni “vor-zakon”lar arasında miras davası

Azərbaycanlı və erməni “vor-zakon”lar arasında miras davası
17.08.2017 15:53
Rövşən Lənkəranskinin qətlindən sonra Rusiyanın kriminal aləmində pul və "vəzifə” bölgüsü üstündə mübahisələr artmağa başlayıb. Bu yaxınlarda həbsdən çıxan 48 yaşlı Eduard Asatryan Ded Xasanın mirasına iddialı olduğunu bəyan edib. O, bu istəyini 2012-ci ilə qədər Ded Xasanın "sağ əli” olması ilə əsaslandırıb.

AzVision.az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, kriminal ekspertlər hesab edirlər ki, Ded Xasanın mirasının Asatryana çatma ehtimalı azdır. Çünki ortada başqa "oyunçu”lar var və onlar nüfuzuna görə Asatryandan heç də geri qalmırlar. Odur ki, Rusiya kriminal elitasını böyük sarsıntılar gözləyir. Çelyabinskdə narkotiklərin saxlanmasına görə 3 il cəza çəkən "qanuni oğru” həbsdən çıxdıqdan sonra məsələ təkrar gündəmə gəlib. Həbsdən çıxan kimi dərhal miras iddiası onun ciddi problemləri həll etməsini ortaya qoyur. Çünki, həbsdə olanda onun oğlu, ən gənc "qanuni oğru” kimi tanınan Sergey Asatryanın (Sergey Bentli) "qanuni oğru” statusu əlindən alınıb.

Digər tərəfdən Edikin həbsdən azad olması erməni "qanuni oğru”nun yolunda ciddi problem yarada bilər. Gürcü Edik 3 avqust tarixində həbsdən çıxıb. Məlumata görə, o Dağıstana yeni pasport almaq üçün gedib. O, bir müddət əvvələdək ən nüfuzlu "oğru” hesab edilirdi. Bundan sonra onun hansı işlərə məşğul olacağı da məlum deyil.

Bəziləri hesab edir ki, Eduard Asatryan Ded Xasanın yanında olmayıb. O, çox zaman Usoyanın "siyasəti”nə qarşı çıxan nadir şəxslərdən biri olub. Zaman-zaman Tariel Oniani, Merab Cvanqveladze, Bədri Koquaşvili kimi "oğru"ların şifahi olaraq "statusları”nın əlindən alınması ilə bağlı qərarlara qarşı olub. Ded Xasan həbs edildikdən sonra isə "Böyük” Asatryan təşəbbüsü ələ almağa çalışıb və mübarizədə Piquç, Voksres, Miron kimi "oğru”larla qarşı-qarşıya gəlib.

Xasanın ölümüdən sonra əsas məsələ "Obşak”ı əlində saxlamaq olub. Nəticədə Asatryan "qanuni oğru” Vasya Voskreslə mübarizəyə başlayıb. Narazılıqlar bundan sonra daha da böyüyüb.

Araşdırma nəticəsində məlum olub ki, Vasya mühasibatlıqda "kritiy” işlər görüb və nəticədə "obşak”da külli miqdarda çatışmazlıq yaranıb. Bu isə Vasyaya bütün nəzarəti öz əlində keçirməyə birbaşa səbəb verib. 2014-cü ildə 2 apreldə Asatryan Vasya Voskresi görüşə çağırıb. Özü də "Köhnə fayton” restoranına. Bura təsadüfi seçilməmişdi. Ded Xasan məhz bu restorandan çıxarkən snayperlə öldürülüb. Lakin görüş istənilən kimi baş tutmayıb. Belə ki, Voskresin yerinə restorana Rusiya polisi gəlib. Asatryanla bərabər restoranda daha 7 "qanuni oğru” olub. Onlarda 3 nəfərdə - Elqoca Turkadze, Vladimir Ozerski və İlqar Əliyevdən heroin götürülüb və həbs ediliblər.

Asatryanın özü isə 4 ay sonra saxlanılaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olduğu müddətdə Kürd Şakro türmədən çıxıb. Kürd Şakronun ətrafı güclənməyə başlayıb. Belə ki, Asatryan azadlıqda olanda həbsdəki "oğru”nun mövqelərinə təsir edə bilmirdi. Hazırda kriminal aləmdə Asatryanın düşmənləri dostlarından daha çoxdur. Onların arasında Voskres, Miron, Vaqif Sülymanov (Vaqif Bakinski), Qela və Qizo Kardava qardaşları, Valeri Farizov, Qadi Kalonyan, Qoqi Piterski, Niko Dqebuadze də var. Hətta 2013-cü ildə Asatryan və oğlunun "sxodka”da döyüldüyü deyilir.

2014-cü ilin avqustunda isə Asatryan həbs olunandan sonra azərbaycanlı "qanuni oğru" onu sındırmaq" istəyir. Həbsxanaya aparılan Asatryanı Vaqif Bakinskinin "proqon”u gözləyib. Bakinski "Edik ona aid bir sıra məsələlərə görə artıq "oğru” hesab edilməsin” deyə bildirib. Ancaq Asatryan ətrafından istifadə edərək "proqon”un imtinasına nail ola bilib. Asatryanın "oğru” statusu hələ də saxlanılır. Bütün hallarda kriminal aləmdəki mövcud vəziyyət ona Ded Xasanın mirasını almaq üçün kifayət etməyəcək. Həm də artıq onunla "maarifləndirici” söhbət aparıldığı bildirilir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol