• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurordan Trampa növbəti zərbə: “Rusiya işi” yenidən araşdırılır

Prokurordan Trampa növbəti zərbə: “Rusiya işi” yenidən araşdırılır
26.08.2017 17:00
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinn siyasi mübarizədə hakerlərlə işbirliyində ittiham olunur.

anews.az yenicag.az-a istinadən xəbər verir ki, ABŞ-ın "Rusiya işi” üzrə xüsusi prokuroru Robert Müller prezident Trampın keçmiş müşaviri Maykl Flinnin prezidentliyə sabiq namizəd Hillari Klintonun məxfi yazışmalarının hakerlərdən alınmasında mümkün iştirakına dair təhqiqata başlayıb.

"The Wall Street Journal” nəşrinin yazdığına görə, hakerlərin əlinə keçən elektron məktubların axtarışını Respublikaçılar partiyasının fəalı, iş adamı Piter Smit təşkil edib. Qeyd olunur ki, Smit ötən ilin noyabrında keçirilmiş prezident seçkiləri ərəfəsində texniki ekspertlərdən ibarət qrup formalaşdırıb.

Smitin ifadəsinə əsasən, Flinn ona içində Klinton əleyhinə kompromat ola biləcək məktubların axtarışında kömək edib. İş adamı əlavə edib ki, o bu işləri

Trampın seçki qərargahı ilə bağlı olmayaraq, fərdi qaydada həyata keçirib.

Onun sözlərinə görə, axtarış nəticəsində Klintonun məxfi məktublarını ələ keçirdiklərini bildirmiş 5 haker qrupu ilə əlaqə yaradıb.

Hazırda prokuror Müller əsas diqqətini Flinnin bu işlərdə iştirakı olub-olmamasını müəyyənləşdirməyə yönəldib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol