NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər

Beynəlxalq Futbol Federasiyası (FIFA) ilk laureatı 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp olan sülh mükafatını ləğv etməyi və ya adını dəyişdirməyi nəzərdən keçirir.
Bu barədə "The New York Times" qəzeti FIFA-nın üç yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, FIFA xüsusi komitəyə mükafatın təsis edilməsi ilə bağlı şəraiti və onun gələcək fəaliyyətinin məqsədəuyğunluğunu araşdırmağı tapşırıb.
Qəzetin iki mənbəsi mükafatın konsepsiyasına yenidən baxılmasını FIFA prezidenti Canni İnfantinonun Donald Trampla yaxın münasibətləri ilə bağlı narahatlığın artması və gələcək laureatların kim olacağı ilə bağlı qeyri-müəyyənliklə əlaqələndirib.
FIFA sülh mükafatının təsis edildiyini 2025-ci il noyabrın 5-də elan edib. Mükafatın hər il sülh naminə insanları birləşdirmək istiqamətində müstəsna töhfə verən şəxslərə təqdim olunması nəzərdə tutulurdu.
Mükafatın ilk laureatı Donald Tramp olub. O, mükafatı 2025-ci il dekabrın 5-də 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı alıb.
Son xəbərlər 
Daha çox 






















