• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda etiraz aksiyası keçirilir

İrəvanda etiraz aksiyası keçirilir
29.01.2015 15:06
Bu gün Ermənistan paytaxtında mindən çox ticarətçi Hökumət Evinin qarşısında keçirilən növbəti etiraz aksiyasına toplaşıb.
 
APA-nın "Kavkazskiy uzel”ə istinadən məlumatına görə, "Dövriyyə vergisi haqqında” qanuna etiraz edən nümayişçilər hökumət binasından çıxan məmurları fitə basaraq, onların "adi vəzifənin öhdəsindən gəlmədiklərini” deyiblər. Aksiyada "Qərarı ləğv edin!”, "Tətil” və "Biabırçılıq” kimi şüarlar səsləndirilib.
 
Nümayiş iştirakçılarından Samson Qriqoryan çıxış edərək, "Dövriyyə vergisi haqqında” qanuna düzəlişlərin kiçik biznesi məhv etməyə yönəldiyini qeyd edib. O vurğulayıb ki, sahibkarlar öz mübarizələrinə son verməyəcəklər. Aksiyada maliyyə naziri Qaqik Xaçatryanın da istefası tələb olunub.
 
Bir neçə aksiya iştirakçısı hökumət binasına soxulmağa çalışıb, lakin buna müvəffəq olmayıblar.
 
Təşkilatçılar bildirib ki, onların aksiyasına dəstək vermək üçün çoxlu sayda Gümrü sakini də artıq İrəvana yola düşüb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol