• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin ucuzlaşması və Qərbin sanksiyaları Rusiyanı çökdürür

Neftin ucuzlaşması və Qərbin sanksiyaları Rusiyanı çökdürür
30.01.2015 11:47
Rusiyanın maliyyə naziri Anton Siluanov neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları nəticəsində ölkə iqtisadiyyatının məruz qaldığı itkilərin 200 milyard dollar həcmində olduğunu bəyan edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, A. Siluanov CNBC telekanalına müsahibəsində neftin qiymətlərinin və sanksiyaların birgə təsiri nəticəsində Rusiya iqtisadiyyatının 200 milyard dollara yaxın, hətta daha çox itkiyə məruz qaldığını bildirib.

Nazir deyib ki, ən neqativ təsiri neftin qiymətinin azalması göstərib və bu faktor tənəzzülün əsas hərəkətverici qüvvəsi olub, sanksiyalar nəticəsində yaranan maliyyə defisiti isə 40-50 milyard dollar təşkil edib: "Tətbiq olunmuş sanksiyalar doğrudan da bizə mənfi təsir göstərib. Lakin Rusiya şirkətləri bu vəziyyətə uyğunlaşa biliblər, ölkəni tədiyyə balansına isə korrektələr edilib. Rubl zəifləyib, ancaq gördüyünüz kimi, həyat davam  edir və biz də yaşamağa davam edirik”.     

Xatırladaq ki, yanvarın 29-da Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul edib.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol