• $
  • €
  • ₽
  • ₺
  • £

İngilislərin "Məşədi İbad"ını da belə tələyə saldılar

İngilislərin "Məşədi İbad"ını da belə tələyə saldılar
03.02.2015 21:14
Pedofillikdən həbsdə yatan 50 yaşlı kişi ona qarşı qurulan tələdən xəbərsiz 480 kilometr yol qət edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İngiltərədə daha əvvəllər prdofilliyinə görə həbs olunan Roger Li prdofilləri ortaya çıxaran "Dark Justice" sosial qrupunun qurduğu tələyə düşüb.

Əvvəlcədən internet vasitəsilə Roger Li 14 yaşında yeniyetmə qızla tanış olduğunu zənn edir, öz fotolarını həmin "qız"a yollayır. Daha sonra həmin "qız"ın təklifi ilə İngiltərənin bir şəhərindən o biri şəhərinə səfər edir - Wiltshire-dən Newcastle-a qədər. Bu şəhərlər arasındakı məsafə isə düz 483 kilometrə bərabərdir.

Newcastle-a çatan pedofili isə burada qarşılayan 14 yaşlı yeniyetmə qız deyil, "Dark Justice" qrupunun üzvləri olur. Polis araşdırması zamanı bəlli olur ki, R.Li sosial şəbəkələrdə "ForHire" ləqəbindən istifadə etməklə azyaşlıları aldadırmış.

Qeyd edək ki, hazırda 50 yaşı olan R.Li daha əvvəllər 12 yaşlı qız uşağına təcavüz etməkdə və oğurluqda təqsirləndirilib və uzun müddət həbsdə olub. Onun hazırkı cəzası isə 2 il 4 aylıq azadlıqdan məhrumetmə ilə nəticələnib.

ANN.Az


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol