• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Enerji İttifaqının yaradılması strategiyası təsdiq edildi

Avropa Enerji İttifaqının yaradılması strategiyası təsdiq edildi
25.02.2015 17:25
Avropa Komissiyası: "Əgər "Cənub axını” təxirə salınarsa, biz Cənub Qaz Dəhlizini inkişaf etdirməliyik”

Avropa Komissiyası Avropa Enerji İttifaqının yaradılması strategiyasını təsdiq edib.

"APA-Economics”in məlumatına görə, bunu bu gün Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç strategiyanın təqdimatı zamanı bildirib.

"Bu, Avropa Komissiyası tərəfindən yaxın 5 il ərzində enerji sektorunda görəcəyi işləri özündə tərənnüm edən bir sənəddir”, - deyə M. Şefçoviç qeyd edib.

Onun sözlərinə görə, ittifaqın yaradılması üzərində 29 Avropa komissarından 14-ü çalışacaq.

"Enerji qiymətləri - həmin meyardır ki, onun əsasında Avropa biznesi və istehlakçılar yaradılacaq ittifaqın effektivliyini qiymətləndirə biləcək. Qiymətin aşağı salınması üçün biz enerji istehsalçılarına rəqabətqabiliyyətli bazar yaratmaqla təzyiq etməyə hazırıq”, - deyə sədr müavini bildirib.

M. Şevçoviç əlavə edib ki, yaradılacaq Enerji İttifaqının qaydalarına əsasən, Avropa İttifaqına üzv olan ölkələr "xarici enerji resursları tədarükçüləri ilə müqavilə bağlamazdan öncə, Avropa Komissiyası ilə müqavilənin şərtlərini razılaşdırmalıdırlar”.

"Bu, daha çox qaz sahəsinə aid olan sazişlərə aiddir. Biz onların Avropa normativlərinə uyğun olmasına əmin olmalıyıq”, - deyə sədr müavini bildirib.

Cənub Qaz Dəhlizi layihəsindən söz açan M. Şevçoviç bildirib ki, 45 mlrd. dollara yaxın dəyəri olan bu layihə Azərbaycan, Türkiyə və iştirakçı olan digər ölkələr tərəfindən uğurla həyata keçirilir: "Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə 2019-2020-ci illərdə Avropaya ilk qaz veriləcək. Biz başqa qaz təminatçıları olan ölkələrlə də danışıqlar aparırıq. Türkmənistan, İran, İraq və bu siyahını zəngin karbohidrogen ehtiyatlarına malik başqa ölkələrlə davam etdirə bilərik. Diversifikasiya Avropa İttifaqı üçün vacib, strateji əhəmiyyət kəsb edir”.

M. Şevçoviç deyib ki, yaradılacaq Avropa Enerji İttifaqı çərçivəsində Avropa Komissiyası Avropanın elektrik şəbəkələrinin stress-testini həyata keçirəcək.

İqlim dəyişikliyi və energetika məsələləri üzrə Avropa komissarı Miguel Arias Kanyete isə bildirib ki, Rusiya Avropa İttifaqının tərəfdaşı olmaqda və böyük qaz tədarükçüsu olmaqda davam edəcək: "Eyni zamanda biz qaz təminatımızı diversifikasiya etmək istəyirik. Əgər "Cənub axını” təxirə salınarsa, biz Cənubi Qaz Dəhlizini inkişaf etdirməliyik, Azərbaycanla və gələcəkdə Türkmənistanla daha böyük qaz müqavilələri ilə bağlı danışıqlar aparmalıyıq”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol