• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Nemtsovun dəfninə getməyəcək

Putin Nemtsovun dəfninə getməyəcək
03.03.2015 11:41
Rusiyada qətlə yetirilən müxalifətçi Boris Nemtsov bu gün dəfn olunacaq.

ANN.Az AzVision.az-a istinadən xəbər verir. Onun Troekurovsk qəbirstanlığında dəfn ediləcəyi bildirilir. Nemtsovla vida mərasiminin günün birinci yarısında Saxarovsk mərkəzində baş tutacaq.

Rusiya prezidenti Vladimir Putin dəfn mərasimində iştirak etməyəcək. Onu mərasimdə Dövlət Dumasındakı rəsmi nümayəndəsi Harri Minx təmsil edəcək. Bundan əlavə vida mərasimində Rusiya müxalifətinin nümayəndələri də iştirak edəcək.

Qeyd edək ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Qatillərin tutulması ilə bağlı xüsusi əməliyyat planı hazırlanıb. Hadisə ilə bağlı Prezident Vladimir Putinə dərhal məruzə olunub. Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Vladimir Putin qətli sifariş və təxribat xarakteri daşıdığını bildirib. Prezident B.Nemtsovun qətli ilə bağlı istintaq qrupu yaratmağı və baş vermiş cinayəti şəxsi nəzarətə götürməyi tapşırıb”.

Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva cinayətin baş verdiyi yerə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildiyini diqqətə çatdırıb. Y.Alekseyeva jurnalistlərə bildirib ki, naməlum şəxslər ağ rəngli avtomobildən B.Nemtsova bir neçə dəfə atəş açıblar və o, hadisə yerində keçinib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol