• $
  • €
  • ₽
  • ₺
  • £

Pan Gi Mun: "BMT İŞİD-lə danışıqlar aparmayacaq"

Pan Gi Mun: "BMT İŞİD-lə danışıqlar aparmayacaq"
19.03.2015 10:29
BMT ağlasığmaz vəhşiliklər törədən İŞİD qruplaşması ilə danışıqlar aparmayacaq.
 
"Report" xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Mun Romada mətbuat konfransında bildirib.

P.Mun vurğulayıb ki, BMT və beynəlxalq ictimaiyyət üçün ehtiyacı olanlara humanitar yardımın göstərilməsinə davam etmələri vacibdir.   

Suallara cavab verən Pan Gi Mun UNİCEF-in, guya İŞİD yaraqlıları ilə danışıqlar aparmaq istədiyi haqqında məlumatları təkzib edib. "Biz bildiririk ki, onların törətdiyi vəhşilikləri qətiyyətlə qınayırıq. Onlar buna görə bəşəriyyət qarşısında cavab verməlidirlər", - baş katib qeyd edib.

O əlavə edib ki, hazırda BMT fəal şəkildə ümumi fəaliyyət planı üzərində işləyir. Həmin plan BMT Baş Assambleyasına təqdim olunacaq.

"Aprel ayında biz Baş Assambleyanın sədri ilə birgə ekstremizm və terrorizmlə mübarizə yollarını müzakirə etmək üçün yüksək səviyyədə müşavirə keçirəcəyik ", - Pan Gi Mun bildirib.

O deyib ki, dövlət başçılarına, eləcə də bütün dünyada dini liderlərə dəvətlər göndərəcək.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol