• $
  • €
  • ₽
  • ₺
  • £

Pentaqon daha təhlükəsiz telefonlardan istifadəyə keçir

Pentaqon daha təhlükəsiz telefonlardan istifadəyə keçir
01.04.2015 15:00
ABŞ Müdafiə Nazirliyi "Blackphone” smartfonlarının sınaqlarına başlayıb. 

Bu haqda "Silent Circle” şirkətinin idarə heyətinin direktoru, keçmiş dəniz xüsusi təyinatlısı Mayk Cankeyə istinadən "Nextgov” resursu məlumat yayıb.  O, tanınmış kriptoqrafçı Filip Zimmermanla birgə "Silent Circle” şirkətini təsis edib.

"ICTnews" elektron xəbər xidməti "cnews.ru” saytına istinadən bildirir ki, "Silent Circle”in top-meneceri bildirib ki, Pentaqon hələ bir il əvvəl pilot proqramı çərçivəsində ABŞ hərbçilərini "Blackphone” smartfonları ilə təchiz edib. Bu smartfonlar həm də "məxfi" qrifi altında məlumatların mübadiləsi üçün istifadə olunur.
ABŞ Müdafiə Nazirliyinə "Blackphone” smartfonları üçün endirim edilib, çünki smartfon partiyasını satın alıb. Canke partiyanın həcmini və endirimini dəqiqləşdirməyib.

Mobil telefonun pərakəndə dəyəri 629 dollar təşkil edir. Pentaqon internet, poçt və başqa xidmətlərlə işləmək üçün  "Blackphone” smartfonunu müstəqil sazlayıb. Bundan başqa, hərbçilər öz laboratoriyalarında "Blackphone”un proqram təminatının mənbə kodunu yoxlayıblar.
Müdafiə Nazirliyinin nümayəndəsi "Nextgov” resursuna hərbçilər tərəfindən istifadə olunan smartfonun brendini açıqlamaqdan imtina edib. Yalnız onu bildirib ki, bu aparat "Android” mobil sistemi ilə işləyən qurğunun dəyişilmiş variantıdır. Nümayəndə, həmçinin deyib ki, Pentaqonun əməkdaşları "Blackberry” smartfonlarından da istifadə edirlər.

2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden ABŞ xüsusi xidmət orqanlarının işi haqqında şok məlumatlar açdıqdan sonra hərbi qurum "Blackphone” smartfonlarının sınaqlarına başlayıb.

"Blackphone” – İspaniyanın "Geeksphone” startapı ilə "Silent Circle” tərəfindən hazırlanmış smartfondur. "Blackphone” smartfonu 2014-cü ilin yanvarında təqdim edilib.

Qurğu "Android” mobil sisteminə əsaslanan "PrivatOS” əməliyyat sistemi ilə işləyir və "Silent Circle” şirkəti tərəfindən hazırlanmış mobil tətbiqlər dəstinə malikdir: "Silent Phone”, "Silent Text” və "Silent Contacts”.
"Silent Phone” və "Silent Text” tətbiqləri zəng etməyə və şifrlənmiş formada ani mesajlar və fayllar göndərməyə imkan verir. "Silent Contacts” kontakt məlumatlarını şifrlənmiş növdə yadda saxlayır.

"Blackphone” smartfonu yalnız "Blackphone”dan istifadə edən deyil, həm də "iPhone” və "Android” smartfon sahibləri ilə danışıq zamanı şifrlənmiş kommunikasiya imkanlarını təmin edir. Bunun üçün  "iPhone” və "Android” qurğulara "Blackphone” tətbiqi quraşdırmaq lazımdır. Aparat sahibləri, həmçinin adi telefonlara zəng edə bilərlər, amma bu zaman rabitə təhlükəsiz olmayacaq.

2015-ci ilin martında şirkət ikinci nəsil smartfonunu təqdim edib. Bu dəfə qurğu daha güclü aparat içliyi ilə təchiz edilib. Ekranın diaqonalı 5,5 düymədək artırılıb və daxili yaddaşın tutumu isə iki dəfə artırılaraq 32 QB olub. Şirkət 2015-ci ilin ikinci yarısında yeni qurğuların satışına başlamağı planlaşdırır.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol