• $
  • €
  • ₽
  • ₺
  • £

"Quran"ın ən qədim yazılı nüsxəsi Berlində

"Quran"ın ən qədim yazılı nüsxəsi Berlində
03.04.2015 22:10
Almaniyanın paytaxtı Berlindəki Dövlət Kitabxanasında Məhəmməd peyğəmbərinin dövründə yazıldığı təxmin edilən "Quran" səhifələri nümayiş etdirilib.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Berlin Dövlət Kitabxanasında saxlanan və uzun müddətdən bəri Məhəmməd peyğəmbərin həyatında ikən yazıldığı təxmin edilən nüsxələr elmi olaraq isbatlanıb. Sürixdə yerləşən bir laboratoriyada aparılan araşdırma zamanı 7 səhifədən ibarət pergament üzərində yazılmış "Quran" nüsxələrinin bizim eranın 606 - 652 illər arasında qələmə alındığı müəyyənləşdirilib.

Almaniya Dövlət Kitabxanasının mətbuat katibi Jeanette Lamble nüsxələrin "Corpus Coranicusm" adlı geniş miqyaslı və uzun müddətli bir araşdırma layihəsi çərçivəsində, Sürixdəki bir laboratoriyada təhlil olunduğunu təsdiq edib. Bu layihə bütün Avropada olan "Quran" nüsxələrini elmi olaraq araşdırır.

Berlindəki  bu "Quran" nüsxələrinin təxminən ötən əsrdən bəri Dövlət Kitabxanasında olduğu bildirilir. Misirin paytaxtı Qahirədə yaşayan bir elm adamına miras qalan nüsxələr 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində Almaniyaya gətirilib.

ANN.Az



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol