• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin ən çətin anları

Putinin ən çətin anları
26.04.2015 13:30
Vladimir Putinin hakimiyyətə gəlməsinin 15 illiyi ilə bağlı çəkilmiş film bu gün ekranlara çıxacaq. 

ANS PRESS-in məlumatına görə, bu gün "Rossiya 1” telekanalında göstəriləcək filmin əsasında Rusiya liderinin curnalist Vladimir Solovyevə verdiyi iki saatlıq müsahibə dayanır. 

Putinin filmdə Çeçenistan müharibəsi, "Kursk" sualtı qayığının məhvi, Duörovka terroru, Krımın işğalı kimi dramatik hadisələrdən danışacağı gözlənilir. Filmdə 1999-cu ilin avqust ayında bu yana Rusiyada baş vermiş hadisələr əhatə olunur. 

Daha öncə filmlə bağlı yaılan məlumatda bildirilmişdi ki, Vladimir Putin Beslanda və Dubrovkadakı teatr mərkəzində baş vermiş terror hadisələrini hakimiyyətinin ən ağır anları sayıb. 

"Bunlar, əlbəttə, dəhşətli terror hadisələridir. Bu, Beslan və Dubrovkadakı mərkəzdir”, - deyə Vladimir Putin vurğulayıb.

"Aydın idi ki, məsuliyət böyükdür. Mən özüm üçün qərara aldım ki, başqa seçimim yoxdur. Axıra kimi getməliyəm”, - deyə prezident bildirib. 

1 sentyabr 2004-cü ildə Ruslan Xaçbarovun rəhbərlik etdiyi 30 nəfərlik dəstə Osetiyanın Beslan şəhərinə hücum edərək 1 min 128 min adamı girov götürüb. Girovlar üç gün ərzində ac və susuz idman zalında saxlanmışdı. Hadisə zamanı 335 nəfər ölmüşdü, onlardan 318-i girov olub. Girovlardan 186-sı uşaq olub. 810 nəfər isə yaralanmışdı. 

Movsar Barayevin başçılıq etdiyi silahlı qruplaşması 23-26 oktyabr 2002-ci ildə Moskvada "Nord-Ost” müzikli gedən mədəniyyət evinə hücum etmişdi. Terrorçular 900 nəfəri girov götürüb. Hadisə zamanı 130 nəfər girov dünyasını dəyişib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol