• $
  • €
  • ₽
  • ₺
  • £

Putin FİFA-dakı həbslərdən danışdı: "ABŞ Blatterin seçilməsinə əngəl törədir”

Putin FİFA-dakı həbslərdən danışdı:  "ABŞ Blatterin seçilməsinə əngəl törədir”
28.05.2015 15:46
Rusiya prezidenti Vladimir Putin FİFA məmurlarının İsveçrədə ABŞ-ın tələbi ilə həbs olunması faktına münasibət bildirib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, V. Putin bildirib ki, bu, ABŞ-ın öz yurisdiksiyasını başqa dövlətlərə yaymaq istiqamətində növbəti cəhdidir: "Mən ona da şübhə etmirəm ki, bu, cənab Blatterin yenidən FİFA prezidenti seçilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu isə beynəlxalq təşkilatların fəaliyyət prinsiplərinin kobud şəkildə pozulmasıdır”.  
 
V. Putin qeyd edib ki, FİFA 2018-ci il dünya çempionatının ev sahibliyi hüququnu Rusiyaya verdikdən sonra Y. Blatter təzyiqlərə məruz qalıb: "Cümə günü FİFA prezidentinin seçkisi keçirilməlidir və cənab Blatterin yenidən seçilmək şansı var. Biz Rusiyada dünya çempionatının keçirilməsini  qadağan etməsi üçün ona hansı təzyiqlərin göstərildiyini bilirik”.

Xatırladaq ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkə hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi həbs edilib. İsveçrə polisi isə 2018 və 2022-ci il dünya çempionatlarının Rusiya və Qatara necə verilməsi məsələsini araşdırdığını açıqlayıb.
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol