• $
  • €
  • ₽
  • ₺
  • £

Kimlər şəxsiyyət vəsiqələrini dəyişməlidir?

Kimlər şəxsiyyət vəsiqələrini dəyişməlidir?
01.09.2018 11:29
Hazırda vətəndaşlar etibarlıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadəyə davam edə bilərlər. Onların vəsiqələrini dəyişdirməsi zəruri deyil".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Elnur Niftəliyev mətbuat konfransında deyib. O bildirib ki, bu gündən etibarən Daxili İşlər Nazirliyi tərəfindən "ASAN" xidmət mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqəsiqələrinin tətbiqinə başlayıb. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN" xidmət mərkəzlərində və Sumqayıt regional mərkəzində başlanılacaq. Qarşıdakı günlərdə isə bütün mərkəzlərdə verilməsi nəzərdə tutulub:

" 15 yaşı tamam olmuş vətəndaşlar əvvəlki qaydada 10 gün müddətində 5, 3 gün müddətində 25, 1 gün muddətində isə 35 manat ödəyərək yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib ola bilər.

15 yaşı tamam olmayanlar isə 10 gün müddətində 4 manat, 3 gün muddətində 20, bir gün müddətində isə 25 manat odəməlidir".

E. Niftəliyev həmçinin qeyd edib ki, biometrik şəxsiyyət vəsiqəsinə sahib olan şəxslər ailə vəziyyəti dəyişdiyi təqdirdə yeni şəxsiyyət vəsiqəsi almaq məcburiyyətində deyil:

"Onlar xidmətə yaxınlaşaraq sadəcə çip-i dəyişdirəcəklər".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol