• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şiə və sünnilərin birgə namaz qıldığı məscid

Azərbaycanda şiə və sünnilərin birgə namaz qıldığı məscid
03.09.2018 19:14
Azərbaycan, artıq dünyada tolerant ölkə kimi tanınır. Respublikamızın dilbər guşələrindən hesab edilən Quba rayonunda isə tolerantlıq özünü daha qabarıq şəkildə göstərir.

Anews.az "Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bir çox etnik qrupların yaşadığı Qubada istənilən dini cərəyanın nümayəndələri çox mehriban şəraitdə həyat sürürlər.

Bir çox yerlərdə dini cərəyanların məscidləri ayrı olduğu halda, Quba rayonunda bunun əksidir. Rayonda yerləşən tarixi məscidlərdə istənilən təriqətin nümayəndələri ibadətlə məşğul ola bilərlər.

Belə müqəddəs məkanlardan biri də "Hacı Cəfər məscidi"dir. Bu məscid digərlərindən bir çox amillərinə görə fərqlənir.

Belə ki, məscid pirin üzərində tikilib.

İmam Hacı Elnur Əfəndi məscid haqqında ətraflı məlumat verib.

O, əvvəlcə "Hacı Cəfər məscidi"nin tikilməsi haqqında danışıb: "Məscid 1905-ci ildə tikilib. Tikintini Hacı Cəfər adlı şəxs aparıb və ona görə də "Hacı Cəfər məscidi" adlanır.

Lakin icma olaraq "Hacı Baba" kimi qeydiyyatdan keçib. Qubada olan tarixi məscidlərdən biri hesab olunur. Hər bir məscidin özünəməxsusluğu olduğu kimi, bu məscidin də kifayət qədər fərqliliyi var.

Qubanın mərkəzində, bir neçə məscidin əhatəsində yerləşən "Hacı Cəfər məscidi" ətrafdakı məscidlərdən həm yaranma tarixinə, həm də hal-hazırdakı vəziyyətinə görə seçilir".

İmam daha sonra məscidlə bağlı maraqlı bir faktı diqqətə çatdırıb:

"Ermənilər Qubada soyqırımı törədən zaman qocaları, qadınları və uşaqları bu məscidə toplayıb diri-diri yandırmaq istəyiblər. Həmin vaxt məscidin axundu olmuş Hacı Baba bunun qarşısını alıb.

Hacı Baba evində kimsəsiz erməni qızlarını öz qızları kimi böyüdüb, saxlayıb və bunu ermənilərə bildirib. Deyib ki, "biz sizin qızlarınıza öz övladlarımız kimi baxırıq, əvəzində siz bizi öldürmək istəyirsiniz".

Bundan sonra düşmənlər öz bədxah niyyətlərindən əl çəkiblər, soydaşlarımız xilas olublar".

Hacı Cəfər məscidi

"Hacı Cəfər məscidi" bir çox məscidlər kimi, Qızıl Ordu tərəfindən ələ keçirildikdən sonra müxtəlif məqsədlər üçün istifadə olunub. 1944-cü ildən sonra isə yenidən din ocağına çevrilə bilib.

Məscidin imamı bu barədə daha ətraflı məlumat verib:

"1920-ci ildə torpaqlarımız Qızıl Ordu tərəfindən işğal olunan zaman bir çox məscidlər kimi "Hacı Cəfər məscidi" də bağlanıb və müxtəlif məqsədlər üçün istifadə olunub. İlk olaraq buranı tələbə yataqxanası ediblər.

Məscidi yarıdan pərdə ilə ayırıblar. Yarı tərəfdə oğlanlar, yarı tərəfdə isə qızlar qalıb. Burada ədəb-ərkan, etik normalar gözlənilməyib. Çox keçmədən burada qalan tələbələrin əksəriyyəti dəli olub.

Bunu görən hökumət nümayəndələri buranın yataqxana kimi istifadəsinə son qoyub. Bundan sonra məscidi taxıl anbarı kimi istifadə ediblər. 1944-cü ildə, müharibənin ən qızğın vaxtında məscidin istifadəsinə icazə verilib".

Hacı Elnur Əfəndi söhbət əsnasında onu da vurğulayıb ki, bu məscidin ən gözəl cəhəti burada məzhəbindən asılı olmayaraq, bütün dindarların birlikdə ibadət etmələridir:

"Qubada yaşayan həm sünni, həm də şiə məzhəbli dindarlar əl-ələ verərək buranı yenidən təmir edib, bir yerdə ibadət etməyə başlayıblar. Bu gün də bu adət-ənənə davam edir.

Bu mehribançılığın səbəbi isə ağsaqqallarımızın dost olmasıdır. Bu günə kimi bu məsciddə iki məzhəb arasında heç bir ixtilaf, qarşıdurma yaranmayıb. Bu nöqteyi-nəzərdən, "Hacı Cəfər məscidi" bütün məscidlərimizə, hətta deyərdim ki, bütün dünyaya örnək ola bilər".

Qubada yerləşən məscidlərin hər birinin axundları, imamları "Hacı Cəfər məscidi"nin tələbələridir

Məscidin imamı Hacı Elnur Əfəndi, axundu isə Mirələsgər ağadır. Hacı Elnur Əfəndi onlara miras qalan bu adət-ənənəni layiqli şəkildə davam etdirdiklərini qeyd edib:

"Elə vaxt olur ki, cümə namazı aşura gününü ilə üst-üstə düşüb. Şiə məzhəblilər ucqar kənddən cümə namazı üçün gələn sünni məzhəbliləri nəzərə alıb aşura məclisini tez başa vurublar".

"Məscidin ətrafında yaşayanların əksəriyyəti şiə məzhəbli insanlardır. Məscidin şəraitsiz olduğu vaxtlarda bu insanlar cümə namazına gələn sünni məzhəblilərin dəstəmaz almaları üçün evlərindən vedrəylə isti su daşıyıblar.

Çox sevindirici haldır ki, hər iki məzhəb əsl qardaşlıq nümunəsi göstərirlər. Bu vəziyyətin illərdi davam etməsində Qafqaz Müsəlmanları İdarəsinin Şeyxi Hacı Allahşükür Paşazadənin də xidmətləri böyükdür" — deyə müsahibimiz əlavə edib.

Söhbət əsnasında onu da öyrəndik ki, Qubada yerləşən məscidlərin hər birinin axundları, imamları "Hacı Cəfər məscidi"nin tələbələridir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol