Azərbaycanda hərbi hissədə əsgər bıçaqlandı

2018-ci il sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsində 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Silahlı Qüvvələrə 2018-ci ilin iyul ayında çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğluna mülki şəxs tərəfindən bədən xəsarəti yetirilib.
"Qafqazinfo” DSX-yə istinadən xəbər verir ki, hadisə saat 15:00 radələrində baş verib.
Yaralı əsgər Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. C.İsgəndərov xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər hazırda əməliyyat olunur. Vəziyyəti ağırdır.
Hadisə barədə əsgərin valideynlərinə məlumat verilib.
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xəstəxanaya gedib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























