• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada çiçək xəstəliyi yayıldı

Rusiyada çiçək xəstəliyi yayıldı
11.09.2018 13:00
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının(OİE) məlumatına görə, Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması qeydə alınıb.

Xəstəliklərin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə çiçək xəstəliyi əleyhinə 15 min doza miqdarında əlavə çiçək vaksini göndərib.

DBX-dən Unikal.org-a verilən məlumata görə, vaksinlər lazımı temperatur rejimi gözlənilməklə Quba, Qusar və Xaçmaz rayonlarına çatdırılıb.

Peyvəndləmə tədbirlərinin "soyuq zəncir” prinsipi gözlənilməklə qısa zaman kəsiyində başa çatdırılması nəzərdə tutulub. Tədbir müxtəlif səbəblərdən peyvənd edilməmiş xırdabuynuzlu heyvanlarda immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.

Həmçinin "soyuq zəncir” prinsipinə uyğun olaraq bu rayonlarda 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə bölgələrə ezam olunub, rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri lazımi avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.

2018-ci ilin ötən 8 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində intoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunan, itigedişli, virus mənşəli çiçək xəstəliyinə qarşı 5 879 359 baş davarda, həmçinin iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2 455 071 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb.

Heyvanların sağlamlığı, məhsuldarlığı, cins tərkibinin yaxşılaşdırılması, saxlanması və bəslənməsi sahəsində də maariflənmə işləri yerinə yetirilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı-təsərrüfat tədbirlərini davam etdirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol