• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı dilənçinin üstündən çıxan pullar hamını şoka saldı

Azərbaycanlı dilənçinin üstündən çıxan pullar hamını şoka saldı
15.09.2018 09:58
İstanbulun Pendik qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Azərbaycan vətəndaşı olan dilənçinin üzərində aşkarlanan pullar hər kəsi təəccübləndirib.


Modern.az xəbər verir ki, İstanbulun Asiya hissəsindəki "Sabiha Gökçen” hava limanında fəaliyyət göstərən dilənçinin üzərindən bir çox valyutadəyişmə məntəqələrində də tapılmayan əskinaslar olub. Belə ki, dilənçinin ciblərindən və paltarının digər hissələrindən 2500 türk lirəsi, 530 avro, 421 ABŞ dolları ilə yanaşı xeyli İran rialı, Səudiyyə Ərəbistanı reyalı, Küveyt dinarı, Qatar riyalı, BƏƏ dirhəmi, Oman, Livan, Liviya, İsveç pulları, hətta Nepal valyutası götürülüb.


Bundan başqa, həmyerlimizin üzərindəki pullar arasında Sanskrit əlifbası ilə yazılmış Hindistan rupisi, Rusiya rublu da olub. Maraqlıdır ki, polislər bəzi valyutaların hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirə bilməyiblər və mütəxəssislərə müraciət edilib.


Bildirilir ki, azərbaycanlı dilənçinin üzərindəki bütün pullar ümumilikdə 12 min türk lirəsi edib və müsadirə edilən vəsait ictimai təşkilatların büdcəsinə köçürülüb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol