• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda səyyar ticarətə izacə varmı?

Bakıda səyyar ticarətə izacə varmı?
18.09.2018 11:11
Ticarət və iaşə obyektləri paytaxtın mərkəzində, hamının "Torqovaya” adlandırdığı Nizami küçəsində çoxluq təşkil edir. Ancaq piyadalar üçün nəzərdə tutulan bu küçədə mövcud ticarət də Avropa ölkələrində olduğu kimi təşkil olunur. Çoxsaylı kafe və digər iaşə obyektlərinin qarşısında səyyar xidmətin təşkili, küçədə turistlər üçün stulların qoyulması xaricdə adi hal sayılır.

Məlumdur ki, paytaxtda aparılan işlər heç də dərhal öz həllini tapmır, yeni strukturun yaradılması, dəyişikliklərin baş verməsi bir sıra şəxsləri qıcıqlandırır, görülən işlərə kölgə salmağa cəhdlər edilir. Belə ki, bəzi elektron KİV-lərdə Nizami küçəsi ilə bağlı arabir məqsədli şəkildə mənfi fikir doğuran yazılar yerləşdirilir. Buna həm də bir-biri ilə rəqabət aparan obyektlərin sahibləri də təhrik edirlər.

Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Unikal.org-a bildirib ki, Nizami küçəsi və digər mərkəz ərazilərdə səyyar ticarətə icazə verilməsi Rayon İcra Hakimiyyətlərinin deyil, şəhərin Ticarət Departamentinin səlahiyyətlərinə aiddir. Obyektlərə bu qurum tərəfindən nəzarət olunur və hər hansı pozuntulara yol verilməsi hallarının qarşısı alınır. Burada qeyd olunmalıdır ki, Nizami küçəsindəki mövcud sıxlıq Avropanın ən çox turist qəbul edən şəhərləri ilə müqayisədə xeyli azdır.

Gələcəkdə də bu istiqamətdəki işlər dünya praktikasına uyğun, sivil qaydada aparılacaq, ölkəyə, paytaxtımıza daha çox turist cəlb etməklə qeyri-neft sektorunun inkişafına, bununla da yeni iş yerlərinin açılması və ictimai-iaşə və ticarət sektorunda müsbət dəyişikliklərə nail olunmağa səy göstəriləcək.

Müqayisə üçün dunyanın məşhur turizm məkanlarının fotolarını təqdim edirik.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol