• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada hər beş saniyədə bir uşaq ölür

Dünyada hər beş saniyədə bir uşaq ölür
19.09.2018 23:25
BMT-nin hesabatına əsasən, ötən il ərzində 15 yaşına çatmayan 6,3 milyon uşaq ölüb. Bu isə hər beş saniyədə bir uşağın öldüyü anlamına gəlir. Onlar su çatışmazlığı, antisanitariya, zəif qidalanma və tibbi xidmətin olmaması səbəbindən ölüblər. 

Oxu.Az "Reuters” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı BMT-nin hesabatında məlumat verilib. 

Uşaqların çoxu, daha doğrusu, 5,4 milyonu həyatlarının ilk beş ilində ölüblər, həmin uşaqların yarısı isə yeni doğulmuş olub. 

"Adi yardım üsulları - dərmanların, təmiz suyun, vaksinasiyanın çatıdırılması ilə uşaq ölümlərin sayını kəskin şəkildə azaltmaq olar”, - UNİCEF-in eksperti Lourens Çendi deyib. 

Əgər yaxın vaxtlarda təcili tədbirlər görülməsə, 2018-2030-cu illər ərzində beş yaşdan aşağı 56 milyon uşaq ölə bilər. 
 
Yaşı beşdən aşağı olaraq ölən uşaqların yarısı Afrika ölkələrində qeydə alınır ki, burada hər 13-cü uşaq dünyasını dəyişir. 

Bu ölümlərin sayını kifayət qədər azaltmaq olar. Afrikada uşaqların əksəriyyəti doğum zamanı, pnevmaniya, malyariya və digər xəstəliklərdən ölürlər. 

Bununla yanaşı, BMT-nin hesabatında bildirilib ki, uşaq ölümləri ilbəil azalır. Belə ki, yaşı beşdən aşağı olan uşaqlar arasında ölüm halları 1990-cı ildə 12,6 milyon idisə, 2017-ci ildə bu rəqəm 5,4 milyon olub. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol