• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan tələbə qız: Bədənimə çip yerləşdirib, məni izləyirlər

Azərbaycan tələbə qız: Bədənimə çip yerləşdirib, məni izləyirlər
19.09.2018 13:37
Azərbaycanda universitet tələbəsi bədəninə çip yerləşdirildiyini və izlənildiyini iddia edir.

BAKU.WS xəbər verir ki, həyatının təhlükədə olduğunu düşünən Nərgiz Camalova (ad və soyad şərtidir) "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə müraciət edərək sığınacaq istəyib.

Gənc qız üç şəxs tərəfindən izlənildiyini iddia edir. Sığınacaqda təhlükəsiz olacağını düşünən tələbə qız, yalnız sığınacağa yerləşdikdən sonra polisə müraciət etməyi planlaşdırıb.

20 yaşlı Nərgiz Sumqayıt dövlət universitetinin tələbəsidir. Atası, anası və qardaşı ilə bərabər Sumqayıtda yaşayır. 

İB-in sədri Mehriban Zeynalova N.Camalovanın "Təmiz Dünya"nın sığınacağına müraciətini əsassız saydığını düşünür: "Deyir ki, ailəm qorxusundan heç bir kömək etmir. Deyir ki, bir oğlan vaxtilə bədənimə çip yerləşdirib, indi hər yerdə məni izləyirlər. Sorusuram, oğlan o aparatı yerləşdirmək üçün sənə toxunub? Soyundurub və ya yuxuya verib? Deyir, yox, heç kim mənə toxunmayıb. Sadəcə bilirəm ki, məni idarə edirlər. 

Polisə müraciət edib-etmədiyini soruşdum, etməyib. Sığınacağa yerləşdikdən sonra bizim polisə müraciət etməyimizi istəyir. Deyirəm, bəs dərsə gedəndə təhlükəsizliyinizi kim təmin edəcək? Deyir ki, siz polisə deyin ki, o təhlükənin qarsısnı alsın".

Mehriban xanım Nərgizin psixoloji probleminin olduğunu düşünür: "Həyatımda 4-cü haldır ki, bədəninə nə isə yerləşdirildiyini və idarə edildiyini iddia edən qadına rast gəlirəm. Qıza basa saldım ki, psixiatra müraciət etsin, amma edəcəkmi? Ola bilər hansısa stresin nəticəsidir".

Gənc qız ailəsi ilə birlikdə Sumqayıtda yaşadığından onun problemi ilə həmin ərazidə fəaliyyət göstərən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım Ictimai Birliyinin sədri Zenfira Mustafayeva məşğul olacaq.  

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol