• $
  • €
  • ₽
  • ₺
  • £

Kabab bişirənlər və yeyənlər xərçəng ola bilər – VİDEO

Kabab bişirənlər və yeyənlər xərçəng ola bilər – VİDEO
25.09.2018 16:59
Kabab insan sağlamlığı üçün ziyandır. Müqayisə olunur ki, yanğınsöndürənlər alov baş verən yerdə bir müddət qalanda çətin anlar yaşayır.

ARB TV-nin "Günə doğru” verilişində kababların insan orqanizminə necə və nə qədər ziyan vurması barədə süjet hazırlanıb.

Mirzəli Cəfərquliyev – Həkim: "Əgər taxta yana-yana üzərində ət qızardarsansa, bəli, ziyanı ola bilər. Amma kabab bişirilməzdən qabaq kömür bir müddət yandırıldıqda bu prosesdə ziyan yoxdur. Kömürün yanar qazları artıq azad olduğu üçün”.

Amma digər mütəxəssislər var, deyir ki, necə ola bilər ki, kababın ziyanı olmasın, ziyanı var. Özü də xərçəng xəstəliyi səviyyəsində.

Leyla Zülfüqarlı – Diyetoloq: "Daha çox qızardılmış ət yeyən insanların mədələrində xərçəng yaranma ehtimalı yüksəkdir. Daha çox odun üzərində, kömürlə təmasda olan yeməklərdən istifadə zamanı əmələ gəlir”.

Fərqli yanaşmalar, fərqli baxışlar var. Düzdür, məsələn əksəriyyət deyə bilər ki, kababdır da. Ta qədimdən yeməyimizdir. Həmişə yemişik, nəsə olub ki? Bu adamlardan biri də kakab bişirənlərdir. Kim məşğul olduğu işə, təqdim etdiyi məhsuluna pis deyər?

Yeri gəlmişkən kabab bişirənlər məsələsində dayanaq. Onlar da ən çox kömür, yanar odla təmasda olduğundan bir neçə məsələyə fikir verməlidirlər. Ziyan birdən təsir etmir, tədricən toplanır.

Leyla Zülfüqarlı – Diyetoloq: "Kabab hazırladıqdan sonra paltarlarını yusunlar. Çünki, odun yanan zaman zərərli maddələr yayılır”.

Evdə bişirilən kabablara müasir dövrdə izqara deyilir. Onların ziyanı isə kömürdə bişən kababdan 2 dəfə azdır. Amma bir iş var ki, dadı kömürdə bişən kababa çata bilməz. Kababın zərərli tərəfləri olsa da, heç olmasa qızardılmış yeməklərlə müntəzəm qidalanmağı azaltmaq lazımdır. Çünki, hər kəsə məlumdur ki, nəinki kabab, istənilən qızardılmış yemək sağlamlığa ziyandır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol