• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik "Modern Hospital"dakı ölüm hadisəsini araşdırmağa başladı

Nazirlik "Modern Hospital"dakı ölüm hadisəsini araşdırmağa başladı
15.10.2018 13:40
Səhiyyə Nazirliyi "Modern Hospital" klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan 1 ay sonra dünyasını dəyişmiş 34 yaşlı Samir Dəmirovun ölümü ilə bağlı araşdırmaya başlayıb.

Bunu virtualaz.org-a nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də araşdırma aparır.

Mərhumun yaxınları, eləcə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olub. S.Əhmədova deyib ki, araşdırma bitəndən sonra nəticələr hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov "Modern Hospital" klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Virtualaz.org-a müraciət edən yaxınları mərhumun həkim səhvi nəticəsində dünyasını dəyişdiyini iddia etmişdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən də araşdırma aparılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol