• $
  • €
  • ₽
  • ₺
  • £

Badamdar niyə çökdü? - Sürüşmə ilə bağlı qorxunc açıqlama

Badamdar niyə çökdü? - Sürüşmə ilə bağlı qorxunc açıqlama
16.10.2018 12:13
Badamdar ərazisindəki sürüşmənin arealının genişlənmə ehtimalı var. 

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə sürüşmə davam edir:

"Orada sürüşmə yeni hadisə deyil. Biz 2015-ci ildə elmi iş məqsədilə ərazidə tədqiqat aparmışdıq. Şərq qanadında üç dəfə qədim sürüşmənin baş verdiyini müəyyən etmişdik. Deyilən ərazidə sürüşmənin olması gözlənilən idi. Ərazidə yağıntıların miqdarı artan kimi  sürüşmə prosesinin inkişafı sürətlənib.

Evlər tikilib və heç bir kanalizasiya sistemi yoxdur. Həmin ərazidə ev tikmək olmazdı. Çünki üst hissə əhəng daşı, aşağı isə gilli qumdur. Əhəng daşı yağış sularını özündə toplayır və gil qatı ilə suyu yamac boyu aşağıya doğru tökür. Bu da sürüşməni aktivləşdirir”.

Mütəxəssis bildirib ki, həmin ərazidə ev tikən insanlar sürüşmə zamanı evlərini qorumaq üçün dayaq divarları tiksələr də, bu, yanlış addımdır:

"Əksinə, həmin divarlar sürüşməni sürətləndirir. Ərazinin daha çox sürüşməsi ehtimalı çoxdur. Böyük bir ərazidə evlər tikilib. Sürüşmənin ölçüsü heç vaxt kiçilmir. Həmişə böyümə istiqamətdə inkişaf edir.

Burada sürüşmə ərazisi daha çox böyüyəcək. Bu cür yerlərdə ancaq bağ salmaq, ağac əkmək olar. Tikinti əsla olmaz. Zığ qəsəbəsində də sürüşməyə meyilli ərazilər var. Həmin yerlər insanlara satıldı və ev tikildi. İndi onların da əksəriyyətinin evi uçub”.

Əvəz Salamov qeyd edib ki, sürüşmənin qarşısını almaq üçün araşdırma aparılmalıdır:

"Azərbaycanda sürüşmə zonaları həddən artıq çoxdur. Bir hissəsi təbii proseslərdən baş versə də, bir hissəsini insanlar edir. Biz üç il əvvəl ərazidə tədqiqat aparan zaman Fövqəladə Hallar Nazirliyi ərazidə xəndəklər qazmışdı. Onun içi su ilə dolu idi və yamacın özündən su tökülürdü. Xəndək su ilə dolmamalı idi. Demək, su oraya insanlar tərəfindən tökülüb, amma onu təmizləmək düşünülməyib”.

50 ilə yaxındır Azərbaycandakı bəzi universitetlərdə mühəndis-geoloq hazırlandığını deyən mütəxəssis bildirib ki, ərazidə araşdırma aparmaq üçün həmin geoloqları cəlb etmək lazım idi:

"Hazırda əraziyə Yaponiyadan mütəxəssislər gətirilib. Nəticəni gözləyək”.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə qeyd edib ki, ərazi hazırda sürüşməkdə davam edir:

"Dünən gecə yuxarıdakı istinad divarının biri də aşıb. Yenə təhlükə gözlənilir. Proses dayanmır. Bir silkələnmə olsa, hamısı dərənin içinə tökülər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol