• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!
18.10.2018 19:53
Qadınların rolu və iştirakı olmadan hər hansı cəmiyyətin inkişafı və tərəqqisi mümkün deyil. Nə qədər acı olsa da, şərq dəyərlərinin hakim olduğu cəmiyyətlərdə qadınlar bir o qədər önə çıxmağa həvəsli olmurlar. Bunu doğuran obyektiv və subyektiv səbəblər var. Bir səbəb mentalitetin yaratdığı manelərdisə, digər səbəb yaxınlarının buna etiraz etməsidir.

Lakin bununla yanaşı Azərbaycanda karyera zirvəsinə çatmış, öz sahəsində böyük uğurlar əldə etmiş xanımlarımız da az deyil.

Azxeber.com bu məqalədə sahibkarlıq sektorunda öz sözünü demiş işgüzar xanımlardan bəhs edəcək.

Zərifə Həmzəyeva 1999-cu ildə təsis edilən və Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan "Gazelli” şirkətinin sahibidir. "Gazelli” şirkəti Azərbaycanda ətriyyat-kosmetika məhsullarının istehsalçısı olan ilk şirkətdir. 20 milyon manatdan çox nizamnamə kapitalına sahib olan şirkətin Bakının Şüvəlan qəsəbəsində 10.000 kvadrat metrdən artıq istehsalat sahəsi və bir neçə törəmə müəssisəsi var. Şirkət 200 addan çox məhsul istehsal edir. Eyni zamanda Z.Həmzəyeva maliyyə bazarında da iştirakçılardan biridir. O, ölkəmizin aparıcı banklarından birində payçılardandır.



Kəbirə Məmmədova paytaxtın iri ticarət mərkəzlərindən olan və uzun müddətdir fəaliyyət göstərən "Binə” Ticarət Mərkəzinin rəhbəridir. Ticarət mərkəzi qeyri-ərzaq məhsulları sahəsində ölkəmizin ən böyük topdansatış mərkəzlərindən biridir. Hazırda Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzi təkcə paytaxtı deyil, regionları da geyim, elektronika, məişət, xırdavat və digər məhsullarla təmin edir. Mərkəzin tabeliyində minlərlə dükan fəaliyyət göstərir.


Aytən Quliyeva paytaxtın ən böyük tibb ocaqlarından olan – "Baku Clinic”in rəhbəridir. Nərimanov rayonu ərazisində yerləşən hospital laborator analizlər və instrumental müayinələr sahəsində böyük təcrübəyə malikdir. Eyni zamanda bu tibb mərkəzinin nəzdindən fəaliyyət Cərrahiyyə Mərkəzində müxtəlif səpkili endoskopik və laporoskopik əməliyyatlar icra olunur.

 

Səkinə Babayeva Azərbaycanın ilk tikiş müəssisələrindən olan Bakı-Əyrici-Toxucu-Trikolaj Fabrikinin rəhbəridir. Onu digərlərindən fərqləndirən iki xüsusiyyət var. Bunlardan biri adi işçidən fabrik sahibliyinə qədər yüksəlməsi, digəri isə eyni zamanda ictimai fəaliyyətlə məşğul olmasıdır. S.Babayeva həmçinin İqtisadiyyat Nazirliyinin dəstəyilə yaradılmış Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədridir.




Leyla Şıxlinskaya Azərbaycanda ilk şəxsi klinikalardan birinin – öz adını daşıyan klinikanın sahibidir. İxtisasca aktrisa olan və bir çox filmlərdə rol alan L.Şıxlinskaya həkim ailəsində dünyaya göz açıb. Görünür ailədən gələn təcrübə onun üçün yol xəritəsi olub və tibb ocağı yaratmaq qərarına gəlib. Hazırda bu klinikada bir çox tibbi prosedurlarla yanaşı Doğuş şöbəsi də fəaliyyət göstərir.



Ruhi Əliyeva bir müddət müğənni kimi fəaliyyət göstərsə də, son dövrlər bütün diqqətini biznes sahəsinə yönəldib. Onun qızıl dükanı, turizm şirkəti və digər obyektləri elitar kəsimin üz tutduğu əsas alış-veriş mərkəzlərindən biridir. İctimai fəaliyyətlə də məşğul olan Ruhi eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol