• $
  • €
  • ₽
  • ₺
  • £

Teleqüllə ətrafında yeni təhlükə

Teleqüllə ətrafında yeni təhlükə
19.10.2018 16:21
Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, nə vaxtsa sürüşəcək. 

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək:

"Hazırda sürüşmənin dərinlik müstəvisini tapılmaq üçün tədqiqatlar aparılır. Sürüşmənin baş verməsi, istiqamətinin hansı tərəfə getməsini müəyyən etmək və qarşısını almaq üçün addımlar atılacaq”. 

Qurban Yetirmişli qeyd edib ki, ərazidə elmi cəhətdən tədqiqat işləri aparıb:

"Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Hələ ki, üst hissədə tədqiqat aparmaq mümkün deyil. Çünki burada hələ sürüşmə prosesi davam edir. Bu işi dayandırmaq olmaz”.

Direktor qeyd edib ki, Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, nə vaxtsa sürüşəcək:

"Amma orada dörd ay analiz aparmışdıq. Sürüşmə prosesini öyrənmək bir günlük məsələ deyil. İlkin məlumata görə, sürüşmə 46 mert dərinlikdədir. Üst hissədə hansı dərinlikdə olması isə bilinmir”.

Qurban Yetirmişli əlavə edib ki, ölkədə zəif təkanlar mütəmadi olaraq baş verir:

"Bunları açıqlamırıq. Hər gün ən 5-10 belə təkanlar Xəzərdə güclü təkanlar olsa idi, sürüşmə ərazisində dağıntılar olardı”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol